Lənkəranda 19 yaşlı gənc zəhərlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində baş verib.
2005-ci il təvəllüdlü Onur Zaur oğlu Rzayev evlərində, otaqların birində huşsuz vəziyyətdə tapılıb.
Dərhal əraziyə təcili tibbi yardım briqadası çağrılıb və O.Rzayev Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu