“İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” söyləyibmiş... – VİDEO

Hazırda oxunan: “İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” söyləyibmiş... – VİDEO

228272

“Uşağı səhər dərsə yola salmışdım. Qardaşı ilə birlikdə evdən çıxmışdılar”.

Bizim.Media xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında 11 günlük axtarışlardan sonra bu gün meyiti tapılan 13 yaşlı Saray Kərimlinin nənəsi Aişə Kərimova söyləyib.

“Yolda məktəbdə işləyən xadimə ona “gəl birlikdə gedək” desə də, Saray “sən get, mənim işim var, adam gözləyirəm” deyib. Sonra gözlədiyi qıza “İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” deyib. Aralarında nə baş verdiyini bilmirəm. Dekabrın 4-ü də ad günü idi, anası zəng etmişdi. Nə qədər desək də, onunla danışmaq istəmədi”, - mərhumun nənəsi əlavə edib.

Xatırladaq ki, 2024-cü il dekabrın 24-də Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində batan 13 yaşlı Saray Kərimlinin meyiti yanvarın 2-si batdığı yerdən təqribən 15 kilometr aralıda, Kür çayının Kürdəmir rayonu Söyüdlər kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. FHN-in Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin