Azər Baxşəliyevin anası danışdı: "Həkimlər deyir ki..."

Hazırda oxunan: Azər Baxşəliyevin anası danışdı: "Həkimlər deyir ki..."

228266

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilən aktyor Azər Baxşəliyevin anası oğlunun son durumundan danışıb.

Bizim.Media xəbər verir ki, Tamella Baxşəliyeva “teleqraf.com”a bu sözləri deyib:

"Oğlum hazırda xəstəxananın reanimasiya şöbəsində komadadır. Həkimlər onun komadan ayılması üçün əllərindən gələni edirlər. Həkimlərin dediyinə görə, vəziyyəti stabildir. Dünən səhhəti pisləşdi və xəstəxanaya yerləşdirildi. Allaha dua edirəm ki, oğlum komadan ayılsın".

Qeyd edək ki, aktyor bir müddət əvvəl açıqlamasında anasından ona köçürülən böyrəkdə problem yarandığını, yenidən donor axtardığını demişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin