Aliment borcu hansı hallarda SİLİNİR?

Hazırda oxunan: Aliment borcu hansı hallarda SİLİNİR?

228215

Ölkədə boşanmaların sayı artdığı kimi, alimentin verilməməsi ilə bağlı şikayətlər də bitib-tükənmir. Anlaşmalı boşana bilməyənlərin bir qismi keçmiş ərini, digərləri isə keçmiş xanımını bu maddi vəsait üzündən ittiham edir.

Sosial şəbəkələrdəki hüquq qruplarında, yaxud ya ailə-məişət məzmunlu paylaşımlarda daha çox qadınlar əks cinsin alimentdən yayınmasından, yaxud ödənməli aliment borcunun silinməsindən şikayətlənirlər.

Maraqlıdır, bəs, hansı halda şəxsin aliment borcu silinə bilər? Hüquq bu haqda nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Mustafazadə deyir ki, qanunvericilikdə borcun silinməsinə dair əsaslar var:

“Hazırda aliment borcu ilə bağlı məsələlər çox aktualdır. Qanunvericilikdə aliment borcunun silinməsinə dair əsaslar nəzərdə tutulub. Bu əsaslar nə ilə bağlıdır? İttiham olunan şəxsin aliment borcunun toplanmasından xəbərsiz olması, alimentlə bağlı qərarı bilməməsi, yaxud, bunun şəxsin günahı üzündən baş verməməsi və ya onu icra edə bilməsi halları var. Bu cür və ya digər məntiqli, əsaslı hallarla bağlı məhkəməyə müraciət edib həmin aliment borcunun silinməsini xahiş etmək olar.

Məhkəmə də öz növbəsində bu arqumentləri araşdıracaq. Aydınlaşdıracaq ki, borcun toplanmasına səbəbləri nədir, bunun əsası varmı?! Əgər irəli sürülən səbəblər əsaslı hesab edilərsə, həmin aliment borcunun tam və ya qismən silinməsinə qərar verilə bilər”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin