SON DƏQİQƏ: Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub – YENİLƏNİB

Hazırda oxunan: SON DƏQİQƏ: Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub – YENİLƏNİB

228211

Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

Bizim.Media xəbər verir ki, ATU-nun Mətbuat katibi Günel Aslanova “apa.az”a deyib ki, bir müddət öncə Azər Baxşəliyevin ürək fəaliyyəti dayanıb:

"Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.

17:05

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasından məlumat verilib.

Qeyd edək ki, aktyor böyrək xəstəliyindən əziyyət çəkirdi. Azər Baxşəliyev ailəli idi, bir qızı vardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin