İnsanların həyat tərzinə mane olan FOBİYA – Qorxulara necə qalib gəlmək olar?

Hazırda oxunan: İnsanların həyat tərzinə mane olan FOBİYA – Qorxulara necə qalib gəlmək olar?

228195

İnsanlar sağlamlığını, pulunu, vəzifəsini, işini, özünə olan sayğı və sevgini itirə biləcəyini bilir və ona uyğun davranır. Bu səbəbdən insanı qorxuları idarə edir ifadəsi tez-tez işlədilir. Yəni nəyisə itirmək qorxusu insan davranışlarını, həyat tərzini təyin edir.
 

MÖVZU İLƏ BAĞLI:

Psixoloji TƏNHALIQ – Depressiv haldan necə QURTULAQ?


Fobiya isə insanın idarə eləyə bilmədiyi qorxudur. Hansısa durumdan, insandan, heyvandan, hətta əşyadan, sözdən belə həddən artıq qorxan insanlar var. Hər bir fobiyanın elmi adı mövcuddur. Fobiyalar insanlar üçün ciddi təhlükə yaratmasa da, insan təkbaşına onun öhdəsindən gəlmək gücünə qadir deyil.

Bəzi fobiyalar var ki, insanların işinə, həyat tərzinə, əyləncəsinə mane olur.

Bəs fobiya hansı yaşda və nədən yaranır? Qorxulara necə qalib gəlmək olar?

Mövzuyla bağlı Bizim.Media-ya danışan ailə və uşaq psixoloqu Aynur İsmayılova deyib ki, uşaqlarda fobiya daha çox anaların təşvişindən yaranır:

“Təhlükəli nüanslardan çəkindirən qorxu insanı qoruyan qorxudur. Amma uşaq və yeniyetmədə həddən artıq qorxu varsa, bu artıq fobiyadır. Ailələrin, ən çox da anaların təşvişli münasibətindən uşaqlarda fobiyalar yarana bilir. Fobiyalar zamanında psixokorreksiya olunmursa, bu, gələcəkdə böyük fobiyalara səbəb olur. Həmin şəxslər sosiallıqdan çəkinirlər, yəni uşaq və yeniyetməlikdə yaranan fobiya antisosial davranış pozuntusuna qədər gətirib çıxarır. Fobiyalar insanın məntiqə varmadığı, düzgün təhlil etmədiyi, fərqinə varmadığı nüans və düşüncələrdən yaranır”.


Psixoloq bildirib ki, belə qorxuların öhdəsindən psixoterapiya sayəsində gəlmək mümkündür:

“Bu, mütləq şəkildə psixokorreksiya olunmalıdır, əgər bir uşaq sosiallığa can atmırsa, çəkingən, utancaqdırsa, gecə qorxuları varsa, bunların onda həyəcan pozuntusu, panikatak, digər sinir xəstəlikləri yaratmaması üçün yeniyetməlik yaşına qədər psixoloq müayinəsindən keçməlidirş Bu cür insanlar psixoterapiya nəticəsində sağlamlıqlarına qovuşa bilərlər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin