Milli Qəhrəman Natiq Qasımovun xatirə bulağı açıldı – FOTO

Hazırda oxunan: Milli Qəhrəman Natiq Qasımovun xatirə bulağı açıldı – FOTO

228186

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Xocalıda təkbaşına erməni terrorçuları ilə vuruşmuş Natiq Qasımovun doğum günüdür.

Bizim.Media xəbər verir ki, Azərbaycan bayrağı ilə ölümə gedən Natiq Qasımovun Mingəçevir şəhərində yaşadığı binanın yanında xatirə bulağının və barelyefinin açılışı olub.

Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov Natiqin əvvəlki xatirə bulağının yenilənərək təzədən inşa olunduğunu qeyd edib. O, bildirib ki, açılış mərasimində rayon rəsmiləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edənlər Milli Qəhrəman Natiq Qasımovun Xocalının Pirlər kəndindəki alban kilsəsində göstərdiyi misilsiz qəhrəmanlıqdan danışıb, onun həyat yolunun gənclərə gözəl nümunə olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub.

O, 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürüb. Onun sonrakı taleyi barədə dəqiq məlumatlar olmasa da, erməni terrorçular tərəfindən amansızlıqla qətlə yetirildiyi bildirilir.

Qeyd edək ki, Natiq Qasımov Xocalı rayon Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsindəki mövqedə 5 gün təkbaşına erməni terrorçuları ilə döyüşüb. Dinc sakinlərin həyatını xilas etmək üçün silahı yerə qoymağa razılaşan Natiqin qəhrəmanlığı sonradan xarici jurnalistlər tərəfindən işıqlandırılıb və onun barəsində filmlər çəkilib.

Azərbaycan Respublikasının Prezidenti Prezident İlham Əliyevin 2024-cü ilin iyunun 2-də imzaladığı Sərəncamla Natiq Qasımova Milli Qəhrəman adı verilib.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin