Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tarif Şurasının məlumatında qeyd olunub.
Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.
Əhali üzrə illik istehlak həcmi:
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Tarif dəyişikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir:
48% abonent üzrə - 32 qəpik,
39% abonent üzrə - 1 manat 43 qəpik,
13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:29 / 02.01.2025
SON DƏQİQƏ: Təbii qaz tarifləri DƏYİŞDİ - FOTO
Hazırda oxunan: SON DƏQİQƏ: Təbii qaz tarifləri DƏYİŞDİ - FOTO
Hazırda oxunan: SON DƏQİQƏ: Təbii qaz tarifləri DƏYİŞDİ - FOTO
228173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.