9 gün əvvəl Kürdə batan 13 yaşlı qızın meyiti TAPILDI

Hazırda oxunan: 9 gün əvvəl Kürdə batan 13 yaşlı qızın meyiti TAPILDI

228167

Dekabr ayının 24-də səhər saatlarında Zərdabda Kür çayında batan qızın meyiti tapılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki,13 yaşlı yeniyetmə qızın meyidi batdığı yerdən təqribən 15,16 km aralıda Kür çayının Kürdəmir rayon Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

FHN -nin Aran Regional Dalğıc axtarış qrupunun əməkdaşları yeniyetməni sudan çıxararaq aidiyyəti üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 24-də 13 yaşlı yeniyetmə Saray Kərimli Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batıb. Məlumata görə, 8-ci sinif şagirdi olan Saray Kərimli səhər məktəbə getmək adı ilə evdən çıxıb. Sonradan isə onun Kür çayında batdığı bildirilib.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin