Cəlilabad rayonunun Göytəpə qəsəbə sakini, 1972-ci il təvəllüdlü Aydın Hüseynağa oğlu Ağayevin meyiti qonşuları tərəfindən yaşadığı ünvanda aşkarlanıb. Onun 3 gün əvvəl öldüyü deyilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, A.Ağayev evdə tək yaşayırdı.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu