Xocasəndən Qaraçuxura qədər metro çəkiləcək - RƏSMİ

Hazırda oxunan: Xocasəndən Qaraçuxura qədər metro çəkiləcək - RƏSMİ

22813

"8 Noyabr" stansiyasının açılışı ilə Bakı Metropoliteninin stansiyalarının sayı 26-ya, istismarda olan tunellərin uzunluğu isə 40 km-ə çatıb.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“8 Noyabr” metro stansiyası istifadəyə verildi - FOTOLAR


Onun sözlərinə görə, Bənövşəyi xəttin "8 Noyabr" stansiyası başlanğıcını Xocasən qəsəbəsindən götürüb Qaraçuxur qəsəbəsinə qədər uzanacaq 12 stansiyadan və 18,5 km tuneldən ibarət xəttin 3-cü stansiyasıdır.

Ümumilikdə 17 eskalator və 3 liftdən ibarət olan stansiya 3 səviyyəlidir və fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin