Bakıda polis bölməsinə çırpılan maşında tanınmış müğənninin qızı olub?

Hazırda oxunan: Bakıda polis bölməsinə çırpılan maşında tanınmış müğənninin qızı olub?

228074

"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".

Bizim.Media xəbər verir ki, bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü Oxu.Az-a verdiyi açıqlamada deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda maşın polis bölməsinin hasarına çırpıldı – VİDEO


O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.

"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - deyə sürücü bildirib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Qəzanın baş verdiyi məkandan görüntü paylaşan ictimai fəal bildirib ki, avtomobil kirayə götürülüb və yüksək sürətlə idarə edilib. Belə ki, maşın əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin