Bakıda yeni marşrut xətti açıldı - Gediş haqqı nə qədər olacaq?

Hazırda oxunan: Bakıda yeni marşrut xətti açıldı - Gediş haqqı nə qədər olacaq?

22805

Bakıdakı Binə Atçılıq yaşayış massivini metronun “Ulduz” stansiyası ilə əlaqələndirən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib. Yeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir marşrut xəttində gediş haqqı kartla olacaq


“General Auto Company” şirkətinin istismarında olan marşrut xətti mayın 31-dən fəaliyyətə başlayacaq. Sərnişin təlabatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək. Marşrut xətti üzrə gediş haqqı 40 qəpik təşkil edəcək.

Yeni marşrut xəttinin təşkil edilməsi ilə 14 000 nəfərdən çox əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq.

Dövlət başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığına uyğun olaraq analoji işlər bundan sonra da davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin