Elektromobil akkumlyatorlarının UTİLİZASİYA PROBLEMİ – Mif, yoxsa REALLIQ?

Hazırda oxunan: Elektromobil akkumlyatorlarının UTİLİZASİYA PROBLEMİ – Mif, yoxsa REALLIQ?

228002

Son zamanlar ölkəmizdə elektromobillərə maraq artıb. Nəticədə, ölkəmizə idxal edilən avtomobillərin faizində hibrid və elektriklə işləyən maşınların payı durmadan artır.

Bununla belə elektromobillər barədə müxtəlif miflər var. Xüsusilə də, bu avtomobillərin ətraf mühitə yan təsirlərinin olduğu iddia edilir.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Yasin Mustafanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, elektromobillər haqqında bütün dünyada və ölkəmizdə müxtəlif miflər dolaşır ki, bu tərəfi yaxşıdır, bu tərəfi pisdir:

“Buna normal yanaşmaq lazımdır. Çünki biz elektromobillərə keçid dövrünü yaşayırıq. Keçid dövrü də heç zaman asan olmur. Prosesin gedişində ortaya müxtəlif əngəllər çıxır. Amma unutmamalıyıq ki, bu sistemə keçid hesabına ətraf mühitin sağlamlaşdırılmasına çox böyük töhfə vermiş olacağıq. Ona görə ki, avtomobillərin atmosferə buraxdığı zəhərli qazların miqdarı həddən artıq çoxdur.

Məsələnin ikinci tərəfi odur ki, elektromobillər iqtisadi cəhətdən çox səmərəlidir. Bu maşinlar daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə 70-80 faiz qənaətcildir.

Üçüncü səbəbsə odur ki, elektromobillər təhlükəsizdir və komfortludur. Bir sözlə elektromobillər həm ictimai əhəmiyyətinə, həm də fərdi keyfiyyətinə görə çox faydalıdır”.

“Narahatlığa əsas yoxdur”

Müsahibimiz bütün bu müsbət keyfiyyətləri ilə yanaşı elektromobillərin müəyyən fəsadları olduğunu da bildirib:

“Bu avtomobillərin akkumlyatorlarının utilizasiyası vacib məsələdir. Amma bu gün hələlik problem yoxdur. Çünki istehsalçı deyir ki, 10 ildən sonra maşının elektrik tutumu 15 faiz azalacaq. Bu da o demək deyil ki, o zaman akkumlyatoru dəyişməlisən. Akkumlyatorun dəyişdirilməsi hələ illər çəkəcək. Ona qədər də akkumlyatorların utilizasiyası məsələsi öz həllini tapacaq. Ona görə də yersiz narahatlığa əsas yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin