Mayın 28-də Cəlilabad rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Keçmiş arvadına 17 bıçaq zərbəsi endirdi - Cəlilabadakı qətlin TƏFƏRRÜATI
Cəlilabad Rayon Prokurorluğunun Bizim.Media-ya daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cavid Bayramov şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Bizim.Media