Azərbaycanda uşağa qoyulan nadir adlar: Qılınc, Saniyə, Dua...

Hazırda oxunan: Azərbaycanda uşağa qoyulan nadir adlar: Qılınc, Saniyə, Dua...

227958

2024-cü ildə Azərbaycanda uşaqlara verilən bir sıra nadir adlar məlum olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu il Zərqələm, Tükəzban, Dağlar, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Bikəxanım, Sərvinaz, Almaxanım, Nənəş, Arazəli, Dağıstan, Dağhan, Xanəli, Xanımzeynəb, Oğuzcan, Saniyə, Buludxan, Əmin, Əminağa, Dua, Amine, Aminaxatun, Canel adlarının hər biri bir uşağa verilib.

İl ərzində bir uşağa qoyulan nadir adlar sırasına Cansel, Qurbət, Malikə, Üseyd, Pavel, Mikael, Həkim, Namin, Qarakişi, Qabriealla, Üzel, Birgül, Sinay, Sifayə, Siadə, Xırdaxanım, Xına, Zinnurə, Çilənay, Çigəli, Şahməran, Şikar, Qılınc, Qıznişan, Limanə, Zinhar, Elis, Elmi, İlanur, İmmi də daxildir.

Eyni zamanda, Ramo, Güldanə, Bəyim, Bəyimxanım, Misir adlarının hər biri iki uşağa verilib, üç uşağa isə Nənəxanım, Zara, Şiraslan, Pamir adları qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin