“Nar” Yeni il bayramını uşaqlar üçün unudulmaz etmək üçün “Biz Birlikdəyik” sosial platformasının “Şaxta Baba ucqar kəndlərdə” layihəsinə əsas tərəfdaş olaraq dəstək verib.
Bizim.Media xəbər verir ki, təşəbbüsün əsas məqsədi ucqar kəndlərdə yaşayan uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmək, onların üzündə təbəssüm yaratmaqdır.
Təşəbbüs çərçivəsində “Biz Birlikdəyik” komandası vasitəsilə ucqar kəndlərdə yaşayan 1000-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.
Sərfəli xidmətləri və sosial məsuliyyət təşəbbüsləri ilə bölgələrə ən yaxın mobil operator olan “Nar” bu sosial təşəbbüsə dəstək verməklə birlik, həmrəylik və qayğı dəyərlərinin güclənməsinə töhfə verir.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Günah Şahmar, Bizim.Media