Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində baş verən kütləvi dava qan tökülməsi ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, belə ki, bir qrup kənd sakinləri olan gənclərlə Cəlilabad şəhərindən olan digər qrup gənclər arasında mübahisə kütləvi davaya çevrilib.
Axşam saatlarında başlayan münaqişə zamanı tərəflər kəsici-deşici vasitələrə əl atıblar.
Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, vəziyyətləri həkimlər tərəfindən nəzarətə götürülüb.
Bıçaqlananlar, 2002-ci il təvəllüdlü Qiyasov Rəhim Rövşən oğlu döş boşluğunun sağ yarısında, 2004-cü il təvəllüdlü Teymurov Elmir Namiq oğlu isə qarın divarının ön hissəsində kəsilmiş yara alıb.
Bu barədə Cəlilabad rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Yardım şöbəsinin həkimi Fərəc Bayramov məlumat verib. Cəlilabad rayon polis şöbəsi tərəfindən hadisədə iştirak edənlərlə bağlı araşdırmalara başlanılıb, həbs edilənlər var. Gənclər arasında kütləvi davanın yaranma səbəbləri də hazırda araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu