Bir çox istifadəçi yemək yeyərkən və ya özlərinə vaxt ayırarkən izləməyə bir şey tapa bilməməkdən şikayətlənir.
Bizim.Media xəbər verir ki, bu problemin həllini axtaran “YouTube” yemək yeyərkən baxmağa məzmun tapa bilməyənlər üçün "Bir şey oynat" funksiyasını sınaqdan keçirir. Bu funksiya istifadəçilərin baxış tarixçəsi əsasında təsadüfi videoları açır.
Necə işləyir?
Bu funksiya ilə "Bir şey oynat" düyməsi basıldıqda, alqoritm keçmiş videolar əsasında təsadüfi videoları oynatmağa başlayır. Bu düyməni kliklədiyiniz zaman video “Shorts”lardan başlayır, lakin məzmun yalnız Shorts videoları ilə məhdudlaşmır. İstənilən “Shorts” videosunda olduğu kimi, sağda bəyən, bəyənmə, şərh və paylaş düymələri olacaq. Bu yeni funksiya “YouTube”un xüsusilə “Shorts” platformasında izləyiciləri daha da cəlb etmək strategiyası kimi görünür.
Qeyd edək ki, “Netflix”, "Mənə sürpriz et" adlandırdığı bu xüsusiyyəti istifadəyə verdikdən iki il sonra aşağı istifadə nisbətləri səbəbiylə ləğv etdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:02 / 31.12.2024
YouTube-da yeni funksiya: Yemək yeyərkən izləmək üçün video axtarmaq asanlaşır
Hazırda oxunan: YouTube-da yeni funksiya: Yemək yeyərkən izləmək üçün video axtarmaq asanlaşır
Hazırda oxunan: YouTube-da yeni funksiya: Yemək yeyərkən izləmək üçün video axtarmaq asanlaşır
227902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.