Nazirlər Kabineti Aparatında dəyişiklik edilib.xa0
Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib.
Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərəkxa0Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsixa0yaradılıb.xa0
Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsixa0digər müvafiq şöbələrlə birləşdirilib.
Baş nazirin Katibliyinin rəisi vəzifəsi yaradılıb.
Struktur islahatı nəticəsində Nazirlər Kabinetinin Aparatında aşağadakı şöbə müdirləri ixtisara düşüb:
Neft və kimya məsələləri şöbəsinin müdirixa0Əsgər Aslanov;
Kənd təsərrüfatı məsələləri şöbəsinin müdirixa0Əli Məmmədov;
Regionların inkişafı məsələləri şöbəsinin müdirixa0Nizami Mustafayev;xa0
Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdirixa0Qurban Sadıqov;xa0
Ekologiya məsələləri şöbəsinin müdirixa0Zemfira Sairbəyzadə;xa0
Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdirixa0Nail Fətəliyev.
xa0
Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatında hazırda aşağıdakı şəxslər təmsil olunurlar:xa0
xa0
Nazirlər Kabineti Aparatının rəhbəri -xa0Ağabalaxa0Hacıyev
Baş nazir Katibliyinin rəisixa0– təyinat yoxdur
Baş nazirinin köməkçisixa0-xa0Tofiqxa0Sarıcalinski
Baş nazirinin köməkçisi -xa0Natiq Əzizov
Baş nazirinin köməkçisi -xa0Sabir Bayramov
Hüquq şöbəsinin müdiri -xa0Günəş Vəliyeva
Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri -xa0Şahin Sadıqov
Humanitar və sosial məsələlər şöbəsinin müdiri -xa0Musa Ələkbərov
Beynəlxalq əlaqələr şöbəsinin müdiri -xa0Ağadayı Ağayev
Sənaye və energetika məsələləri şöbəsinin müdiri -xa0Elşən Hacızadə
Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri - təyinat yoxdur
Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri -xa0Qulu İmanquliyev
Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri -xa0Şahin Salahov
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri -xa0Vəfa Əliyeva
Mətbuat xidmətinin rəhbəri -xa0Akif Əli
İşlər müdiri -xa0Süleyman Şəfiyev
xa0
Azərbaycanın Baş nazirixa0Novruz Məmmədovdur.(Modern.az)

































































































