Qusarda hind toyuğuna TƏLƏBAT artıb - FOTO/VİDEO

Hazırda oxunan: Qusarda hind toyuğuna TƏLƏBAT artıb - FOTO/VİDEO

227892

Qarşıladığımız yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günündə bazarlarda hind toyuğuna (hinduşka) tələbat artıb. Müşahidələrimiz zamanı Qusar bazarında hind toyunun kiloqramının 18 manat olmaqla 4 kq hind toyuğunun 72 manata satıldığını müşahidə etdik

Bizim.Media xəbər verir ki, bazarda alıcı qıtlığı da müşahidə olunmur. Kənd çolpasının bir ədədi isə 15-17 manat arasında dəyişir. Bayram günlərində daha çox quş əti alıcılarınım sayında artım olduğunu gördük.

Hind toyuğundan söz düşmüşkən, bu quşun qar yağandan sonra ətinin daha dadlı olduğuna dair məlumatlar yer alır. Bu da onunla əlaqələndirilir ki, quşu saxlayan sakinlər qar yeyən hind toyuğunun ətinin daha təmiz və keyfiyyətli oldiğunu deyirlər. Bu il yeni ilədək qar yağan ərazilərdən gətirilən hind toyuğunun alıcıları bazarlarda daha çoxdur.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin