Gürcüstanda iki azərbaycanlı yeniyetməni maşın vurub öldürdü

Hazırda oxunan: Gürcüstanda iki azərbaycanlı yeniyetməni maşın vurub öldürdü

227891

Gürcüstanda iki azərbaycanlı yeniyetməni avtomobil vurub.

Bizim.Media gürcü mediasına istinadən xəbər verir ki, hadisə Marneuli-Bolnisi magistral yolunun Naxiduri (Arıxlı) kəndi ərazisindən keçən hissəsində olub.

Belə ki, 2003 təvəllüdlü T.Ç avtomobillə iki azərbaycanlı yeniyetməni vurub.

Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

Bundan əlavə, daha iki piyada gənc baş verən qəza nəticəsində ağır yaralanıb.

Hadisəsini törətmiş sürücü 2003-cü il təvəllüdlü T.Ç həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin