Şimali Koreyada boşanmaların sayını azaltmaq üçün şok qərar verilib.
Bizim.Media xarici mediaya istinadla bildirir ki, ölkə prezidenti Kim Jonq Un-un qərarına əsasən, boşanan tərəflər hər ikisi dərhal həbs olunaraq, işləmə düşərgələrinə göndəriləcəklər.
Qeyd olunur ki, əvvəllər bu cür cəzalar yalnız boşanma iddiası irəli sürən tərəfə verilirdi. Lakin yeni qərar hər iki tərəfə şamil olunacaq. Məlumata görə, hətta fiziki şiddətə məruz qalma ilə bağlı boşanma iddiası verilsə belə, həmin şəxs cəzadan kənarda qalmayacaq.
Məlumata əsasən, koronavirus pandamiyası zamanı tətbiq olunan karantin rejimində maddi durumun çətinliyi səbəbilə ölkədə boşanmaların sayı kəskin artıb. O dövrdə hökumət boşanmaların qarşısını almaq üçün cütlükləri cəzalandırma qərarı vermişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:19 / 31.12.2024
Bu ölkədə boşanmaq qorxuludur – YENİ QƏRAR
Hazırda oxunan: Bu ölkədə boşanmaq qorxuludur – YENİ QƏRAR
Hazırda oxunan: Bu ölkədə boşanmaq qorxuludur – YENİ QƏRAR
227857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.