Azərbaycanın Milli Qəhrəmanının adına Ukraynada təqaüd təsis ediləcək - FOTO

Hazırda oxunan: Azərbaycanın Milli Qəhrəmanının adına Ukraynada təqaüd təsis ediləcək - FOTO

227856

Ukraynada Azərbaycanın Milli Qəhrəmanı, Aktauda baş vermiş təyyarə qəzasına həlak olmuş pilot Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "Facebook" sosial şəbəkədə yazıb.

"Təyyarənin sərnişinlərinin həyatını xilas edən pilotlar arasında Aleksandr Kalyaninov da var. Aleksandr Kropivnitskidəki Ukrayna Dövlət Təyyarəçilik Akademiyasında magistratura pilləsini bitirib. Ukrayna Dövlət Təyyarəçilik Akademiyasının rəhbərliyi Ukraynanın xalq deputatı Roman Qrişşukun, eləcə də Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun dəstəyi ilə universitetin auditoriyalarından birinin Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adının verilməsinə qərar verib", - o qeyd edib.

Diplomatın sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:

"Azərbaycanlılarının Birləşmiş Diasporu Ukrayna Dövlət Uçuş Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Uçuş Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninov adına ayrıca təqaüd təsis etmək imkanını da nəzərdən keçirir".

"Qəhrəman pilotların xatirəsi əbədidir. Qoy ədalət naminə, onların xatirəsi və gələcəyi naminə bu fəlakətin təqsirkarlarının hamısı ən ağır cəzanı alsın", - o vurğulayıb.

Xatırladaq ki, dekabrın 29-da AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin