Arıqlamaq üçün bu vitaminlərdən istifadə edin – SİYAHI

Hazırda oxunan: Arıqlamaq üçün bu vitaminlərdən istifadə edin – SİYAHI

227796

Məlumdur ki, vitaminlər orqanizmin normal fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. 
Bəzi vitaminlərsə pəhriz və arıqlamaq üçün unikal vasitədir.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, D, B və C vitaminləri bunun üçün ən uğurlusudur.

Maraqlıdır ki, bu siyahıya D vitamini başçılıq edir. Çünki o, orqanizmimizdə metabolik proseslərin intensivliyini tənzimləyən kişi və qadın cinsi hormonlarının sintezində iştirak edir. D vitamininin aşağı səviyyədə olması aktivliyin və əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur.

Eyni zamanda, D vitamini iştahı artırır. Ona görə də, bu vitaminin daha çox qəbulu bəzi hallarda artıq çəki almağa səbəb ola bilər. 
 

İkinci yerdə B vitamini gəlir.  B vitamini yağ oksidləşməsinin ən vacib katalizatorlarıdır. Məşq zamanı yağ yandırma prosesini sürətləndirir, həmçinin sinir-əzələ və sinirlərarası əlaqələrin ötürülməsinə nəzarət edir. Eyni zamanda B vitaminləri yığılmır, ona görə də hər gün orqanizm bu vitaminlə təmin olunmalıdır.


Bundan əlavə, C vitamini bədəndə kollagen sintezi funksiyasını yerinə yetirir, buna görə də arıqlamaq üçün o, vacibdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin