Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil verildi

Hazırda oxunan: Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil verildi

227787

Lənkəran, Kürdəmir, Yevlax, Ağdaş, Şamaxı, Ucar, Cəlilabad, Tovuz və Ağsu rayonlarında ümumilikdə 150 mənzil və fərdi ev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Bizim.Media bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə iştirak ediblər.
 

Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə əlaqədar icra olunan genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatıdır.


Onlara postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il 90-a yaxın, postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7,8 min avtomobil təqdim edilib və növbədə dayanan bu kateqoriyadan olan şəxslərin avtomobillə təminatı yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin