Müsəlmanlar Yeni ili nə zaman və necə qeyd edirlər?

Hazırda oxunan: Müsəlmanlar Yeni ili nə zaman və necə qeyd edirlər?

227786

Yeni il qapımızı döyür. 2025-ci ili xoş əhval-ruhiyyədə qarşılamaq üçün insanlar bayram hazırlıqlarına başlayıblar. Amma Miladi təqvimi Hicri-Qəməri təqvimi ilə üst-üstə düşmür. Bu da o deməkdir ki, 1 yanvar tarixi müsəlmanlar üçün bayram sayılmır.

Bəs, İslamda Yeni il necə qeyd olunur?

Hicri-Qəməri təqviminə görə, islamda Yeni il Məhərrəm ayının gəlişi ilə başlayır. Lakin müsəlman dünyasında Yeni ilin gəlişini qeyd etmək ənənəsi yoxdur. Hicri-Qəməri təqvimi Miladi təqvimdən nəzərəçarpacaq dərəcədə fərqlənir. Yəni islam inanclılar üçün il 11-12 gün qısadır.
 

Hicri-Qəməri təqvimi  yaranışını Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrətindən götürüb. Ona görə də  Məhərrəm ayının ilk günü İslamda Yeni ilin başlanğıcı kimi qeyd edilir. Bu hesablamayla müsəlman təqviminə görə, il iyunun 26-da yenilənəcək. Yəni Günəşin batması ilə yeni 1447-ci il başlayacaq.


Onu da əlavə etmək lazımdır ki, İslamda Yeni il təntənəli şəkildə qeyd edilmir. Yeni ilin başlaması sadəcə, təqvim ilinin dəyişikliyi sayılır. İnanclılar həmin gün Məhəmməd peyğəmbəri, onun Mədinəyə hicrətini xatırlayır, namaz qılır, dua oxuyur, xeyir-dua diləyirlər.

Bundan əlavə, Məhərrəm ayının ilk günündə kasıblara, yoxsullara kömək etmək, sədəqə vermək, ailə və dostlara hədiyyələr vermək vacib və savab sayılır.

Qeyd edək ki, bir çox İslam pedaqoqları dünyəvi bayramlarda mövcud olan tərbiyəvi və əxlaqi aspektləri qəbul və qeyd edirlər. Məsələn, Yeni ildə əzizlərini ziyarət etmək, təbrikləşmək, pay vermək və sair kimi ənənələr əslində İslam dəyərlərinə tam uyğundur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin