"İtlərdə və ya pişiklərdə bəzən quduzluq halları olur ki, bu da sonda faciə ilə nəticələnir"

Hazırda oxunan: "İtlərdə və ya pişiklərdə bəzən quduzluq halları olur ki, bu da sonda faciə ilə nəticələnir"

227757
İnsanların heyvanlara olan münasibəti fərqlidir. Bəzi insanlar onlara yaxın belə gedə bilmədiyi halda, bəziləri isə onları evdə saxlayır, nəvaziş göstərir, yeri gəldikdə isə bu şirinlər üçün xeyli vəsait xərcləyirlər. Ancaq bir çox insanlar bunun faydalı və zərərli tərəflərindən xəbərsizdirlər.xa0

Moderator.az elə bu mövzuda mütəxəssis fikirlərinə müraciət edib.xa0xa0

Həkim endorkrinoloq Hidayət Məmmədzadə:xa0
“Bir həkim olaraq ev heyvanlarının ev şəraitində saxlanmasının tərəfdarı deyiləm. Heyvanlar təbiət üçün yaradılıb, elə təbiətdə olsa daha yaxşıdır. Ancaq biz istəsək də, istəməsək də bu hallar baş verir və bunun qarşısını ala bilmərik. İnkişaf etmiş Avropa ölkələrində, Amerikada bu hal daha da kütləviləşib. İnsanlar bu heyvanlara daha yaxındır, onları öz balaları kimi əzizləyirlər. Elə insanlar var ki, hətta öz ev heyvanlarını siğorta da etdirir. Ancaq deyə bilərəm ki, ev heyvanlarının evdə saxlanmsının bir çox zərərləri var. İlk olaraq qeyd edim ki, bu heyvanlar alergik xəstəliklər yaradır. Bununla yanaşı uşaqlarda, eləcə də böyüklərdə qurd xəstəliklərinin yaranmasına səbəb olur. Həyət evlərində və ya kənd ortamında bu heyvanları saxlamağın elə də bir təhlükəsi yoxdur. Ancaq şəhər evlərində insanın yatdığı bir otaqda ev heyvanlarının saxlanması məsləhət deyil. Çünki insan və heyvan ayrı- ayrı bioloji varlıqlardır. İtlərdə və ya pişiklərdə bəzən quduzluq halları olur ki, bu da sonda faciə ilə nəticələnə bilir. Digər hallarda isə bu heyvanları sığalladıqda ifrazatın dırnaq arasına keçməsi ilə müəyyən qurd xəstəlikləırinə, eləcə də mədə bağırsaq xəstəliklərinə yol açır. Ev heyvanlarının nəfəsi ilə otağın təmiz havası çirklənə bilir. Bu fəsadları dünya alimləri tərəfindən aparılan araşdırmalarda da biz müşahidə edə bilirik. Məsləhətdir ki, belə heyvanları açıq hava şəritində saxlasınlar, evdə saxlasalar belə onun baytar həkimi tərəfindən vaxtlı vaxtında yoxlanmasına, müəyyən xəstəliklərə qarşı peyvənd olunmasına nəzarət etsinlər.xa0

Psixoloq Nərgiz Huseynova:xa0
“Evdə ev heyvanlarının saxlanması uşaqların və böyüklərin psixologiyasına müsbət təsir göstərir. Hətta psixologiyada zooterapiya (heyvanlarla müalicə), ipoterapiya (atlarla müalicə) kimi müalicə növləri var. Hiperaktiv uşaqlara it saxlamaq tövsiyyə olunur. Belə ki, itin rejiminə uyğun uşağa da rejim qurulur ki, uşaq da həmin rejimə əməl edir. Bilirsiniz ki, belə uşaqlar daha enerjili olur. Bu uşaqlar itlə qaçaraq, onunla oynayaraq öz enerjilərini ata bilirlər. Digər tərəfdən isə əqli geriliyi olan uşaqlara delfin terapiya məsləhət görülür. Heyvanlarda bioenergetika güclü olduğundan insanlara sakitləşdirici təsir edir. Onlarda hissetmə qabiliyyəti güclü olduğundan onlar insanların ağrısını, kədərini hiss edir. Bundan əlavə heyvanlarla ünsiyyətdə olarkən insanlarda olan aqressiya, müxtəlif neqativ aura demək olar ki, yoxa çıxır. Onlarda empatiya hissi formalaşır. Eyni zamanda insanlar ailədə və ya digər mühitdə birlikdə heyvanların qayğısına qalarkən, onlar haqqında danışarkən bir- biri ilə daha gözəl ünsiyyət qururlar. İnsan ev heyvanları ilə bir evdə, bir mühitdə yaşayanda onlar arasında müəyyən bağlar yaranır. Demək olar ki, onlar da ailənin bir üzvünə çevrilir. Ancaq bir müddətdən sonra bu heyvanların itməsi və ya ölməsi evdəki böyüklərə eləcə də uşaqlara çox pis təsir edir, hətta onların depressiyaya düşməsinə də səbəb olur. Bu halda o ayrılığı yaşamaq lazımdır, necə ki, bir yaxınımızı itirdiyimizxa0 kimi. Müəyyən zamandan sonra yeni bir ev heyvanı almaq olar, və ya başqa bir maraqlarla uşağın fikrini yayındırmaq olar”.xa0xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Lalə Novruzlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin