Təyyarənin qara qutuları bu ölkəyə göndəriləcək

Hazırda oxunan: Təyyarənin qara qutuları bu ölkəyə göndəriləcək

227701

Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutuları şifrənin açılması üçün Braziliyaya göndəriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Çikaqo Konvensiyasına əsasən, təyyarə qəzasını araşdırarkən, uçuş qeydlərini oxuyub deşifrə edəcək ölkəni dövlət özü müəyyən edir.

Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Azərbaycan və Rusiyanın aviasiya orqanlarının tövsiyələrinə uyğun olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi qara qutuların Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Braziliya dekabrın 25-də Aktauda qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin