Bayram günlərində necə qidalanmaq LAZIMDIR? – MÜHÜM TÖVSİYƏ

Hazırda oxunan: Bayram günlərində necə qidalanmaq LAZIMDIR? – MÜHÜM TÖVSİYƏ

227690

Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Təbii ki, bu bayram günlərində insanlar təkcə sosiallaşmır, həm də ləziz təamların bol olduğu süfrələrin arxasında əyləşirlər. Nəzərə alaq ki, bol süfrə, həm də çox qidalanma deməkdir. Bol qidalanma isə sağlamlığımız üçün təhlükədir. Ona görə də ürək damar, şəkərli diabet, qan təzyiqi və  mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər bayram günlərində xüsusilə diqqətli olmalıdırlar. Çünki yüksək kalorili yeməklər əlavə problemlərə yol açır

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida üzrə mütəxəssis Məhsəti Hüseynova bayram günlərində qida qəbuluna ciddi fikir verilməsini tövsiyə edir:
 

MÖVZU İLƏ BAĞLI:

Bayram ərəfəsində bazarlardakı QİYMƏTLƏR – VİDEO


“Bayram və yaxud hər hansı məclislərdə həddindən artıq çox qida qəbul etmək insan orqanizmi üçün hər bir yaşda və hər bir dövrdə təhlükəlidir. Çünki orqanizm standart çalışma mexanizminə malikdir. Artıq qəbul edilən qida həm həzm prosesində problemlərin, həm də  gələcəkdə bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. 

Xüsusilə, bayram günlərində hipertoniya, şəkərli diabet, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər  mütləq şəkildə axşam gec saatlarda qida qəbul etməməlidir. Əksər hallarda xanımlar bir neçə çeşiddə qidanı məhz bayram axşamında hazırlayırlar. 

Qidaların çeşidliliyi də insan orqanizmində bir çox fəsadlara yol açır. Xüsusilə də, qidalarla birlikdə qəbul olunan qazlı, rəngli, şəkərli içkilər və şirniyyatlar daha çox təhlükəlidir. Bunları yeməklə birlikdə qəbul etdikdə mədə-bağırsaqda bir çox problemlərə yol açır və bayramdan sonrakı günlərdə də davam edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin