Qəzada həlak olan 26 yaşlı Raminin atası danışdı: “Hiss etdim ki, artıq həyatda yoxdur”

Hazırda oxunan: Qəzada həlak olan 26 yaşlı Raminin atası danışdı: “Hiss etdim ki, artıq həyatda yoxdur”

227673

"Oğlum Ramin nişanlı idi. Çeçenistana işləyib pul qazanmaq məqsədilə getmişdi. İstəyirdi evimizi təmir etdirsin. Gələn il bu vaxtı toy etmək arzulayırdıq. Qismət olmadı. Əcəl imkan vermədi"

Bizim.Media xəbər verir ki, bu açıqlamanı AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 26 yaşlı Raminin atası Mahir İbrahimov verib.

Onun sözlərinə görə dekabrın 24-də yoldaşı ilə oğlunu Qroznıya yola salıblar:

"Ayın 25-də sonuncu dəfə danışdıq. Dedi aeroportdayam. Sonra eşitdik ki, həmin təyyarə qəzaya uğrayıb. Bir müddət xəbər ala bilmədik. Sonra hiss etdim ki, artıq həyatda yoxdur" deyə Mahir İbrahimov əlavə edib.
 

Mərhumun atası dəfn mərasimini təşkil etdiyinə və dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.


Xatırladaq ki, Ramin İbrahimov Şəmkir rayonunun Yuxarı Seyfəli kənd qəbirstanlığında torpağa tapşırılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin