AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1998-cı il təvəllüdlü Ramin Mahir oğlu İbrahimovun nəşi doğulub, boyüyüb boya başa çatdığı Şəmkir rayonunun Yuxarı Seyfəli kəndinə gətirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxım qohumları, dostları iştirak edib.
26 yaşlı R. İbrahimov ailədə bir bacı və bir qardaş olublar. Mərhum nişanlı olub. Yaxınlarının bildirdiyinə görə, o, Rusiyaya işləmək üçün gedirmiş.
Vida mərasimindən sonra mərhum Yuxarı Seyfəli kənd qəbirstanlığında torpağa tapşırılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu