Dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb.
Onun dekabrın 25-də Lökbatan qəsəbəsində eyni üsulla daha bir mənzilə daxil olması, otaqlara baxış keçirərək soyğunçuluğa cəhd göstərməsi məlum olub.
Qaradağ Rayon Polis İdarəsində faktlarla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:27 / 29.12.2024
Bakıda özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs TUTULDU - FOTO
Hazırda oxunan: Bakıda özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs TUTULDU - FOTO
Hazırda oxunan: Bakıda özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs TUTULDU - FOTO
227625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.