Təyyarə qəzasında həlak olan Balakən sakinlərinin nəşi ailələrinə təhvil verildi

Hazırda oxunan: Təyyarə qəzasında həlak olan Balakən sakinlərinin nəşi ailələrinə təhvil verildi

227615

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərin nəşləri ailələrinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, Bakı-Qroznı marşrutu ilə hərəkət edən, Balakən rayon Meşəşambul kənd sakini 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazovanın, Xalatala kənd sakini 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçovun, Yeni Şərif kənd sakinləri 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayeva və 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamovanın, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarovun, Şambul kənd sakini 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyevin nəşləri rayona gətirilərək bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 9 nəfəri qəza zamanı həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin