Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycana məxsus təyyararənin sərnişinləri sırasında Ağdaş rayon Ərəb kənd sakini 25 yaşlı Həbib İsmayılov Ağdaşın Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, dəfn mərasimində Ağdaş RİH-nin başçısı Orxan Hüseynzadə rayon hüquq mühafizə orqanı əməkdaşları, eləcə də rayon içtimaiyyətinin nümayəndələri iştirak edib
Xatırladaq ki, dekabrın 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib.
Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirib. Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Paytaxt Bakı da daxil olmaqla ölkənin hər yerində bayraqlar yarıya qədər endirilib.Təyyarə qəzası nəticəsində ölənlərə Allahdan rəhmət,xəsarət alanlara şafa diləyirik.
Bizim.Media, Aran bürosu