Qəzada həlak olan 22 yaşlı Qusar sakini dəfn edildi - FOTO

Hazırda oxunan: Qəzada həlak olan 22 yaşlı Qusar sakini dəfn edildi - FOTO

227596

Dekabrın 25-də Aktau şəhərində baş verən qəzası zamanı həlak olan 22 yaşlı Qusarın Suduroba kənd sakini Əli Əlimirzəyevin cənazəsi bu gün doğulduğu kəndə gətirilib.

Bizim.Media xəbər verir ki, yaşadığı evdə vida mərasimindən sonra Əlinin cənazəsi kənd qəbristanlığına gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Təyyarə qəzasında həyatını itirən bacı-qardaşın evindən VİDEOREPORTAJ – TÜKÜRPƏRDİCİ FAKTLAR


Mərhumun ruhuna  dualar oxunub. Vida və dəfn  mərasimində Qusarın icra başçısının birinci müavini Şahid Fərəməzov, inzibati orqanların, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Mərhumun əmisi Həmzə Əlimirzəyev baş verən qəzada zərərçəkənlərin yanında olan dövlət orqanlarına, ölkə rəhbərliyinə təşəkkür edib.

Mərhum Əli Mirzəbəy oğlu Əlimirzəyev qəzada onunla həyatını itirən bacısı Xədicənin yanında dəfn olunub.






















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin