Təyyarə qəzasında həlak olanlar bu gün dəfn ediləcəkləri ünvanlara çatdırılacaq - VİDEO

Hazırda oxunan: Təyyarə qəzasında həlak olanlar bu gün dəfn ediləcəkləri ünvanlara çatdırılacaq - VİDEO

227538

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş soydaşlarımızın nəşləri növbəti mərhələdə Vətənə gətirildi. Onların nəşləri xüsusi ayrılmış avtomobillərlə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılacaq”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə müsahibəsində deyib.

Ə.Həsənov bildirib ki, nəşlərin müayinəsi üçün birliyin üç şöbəsi ayrılıb: “Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosu, Sabunçu rayon şöbəsi və Nəsimi rayon şöbəsində nəşlər müayinə olunacaq, məhkəmə-tibbi ekspertizası aparılacaq. Sonra rəy tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil veriləcək. Morqlardan cənazələr bu gün ərzində dəfn ediləcəkləri ünvanlara çatdırılacaq”.

Xatırladaq ki, 21 sərnişin və 3 ekipaj üzvünün nəşi Aktaudan Bakıya gətirilib.

 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin