Qəzada həlak olan ekipaj üzvləri ilə vida mərasimi sabah KEÇİRİLƏCƏK - FOTO

Hazırda oxunan: Qəzada həlak olan ekipaj üzvləri ilə vida mərasimi sabah KEÇİRİLƏCƏK - FOTO

227515

Aktau yaxınlığında qəzaya düşən AZAL-a məxsus təyyarədə həlak olanlarla vida üçün Hava Limanına çox sayda insan buraxılmayacaq.

Bizim.Media xəbər verir ki, bunu təyyarənin həlak olan pilotu Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova bildirib.

“Az əvvəl yeni məlumat aldıq. Mərhumlarla vida mərasiminə Hava Limanına çox adam buraxılmayacaq. Vida mərasimi sabah gündüz saat 12-14 radələrində İkinci Fəxri Xiyabanda baş tutacaq”, - deyə Kalyaninova qeyd edib.

Qeyd edək ki, bu gün AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 nəfərin (3 ekipaj üzvü və 21 sərnişinin) cənazəsinin Bakıya gətirilməsi gözlənilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin