Təyyarə qəzasının baş verməsindən dərhal sonra Prezident cənab İlham Əliyevin göstərişi əsasında hadisə yerinə aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və qəza nəticəsində xəsarət almış vətəndaşlara təxirəsalınmaz və ixtisaslaşmış tibbi, habelə psixoloji yardımın göstərilməsinin təmini məqsədilə zəruri tibbi avadanlıqlarla təchiz olunmuş həkim heyəti ezam olunmuş, hadisənin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılmış, bundan əlavə ölkə rəhbəri tərəfindən xəsarət almış vətəndaşların ölkəyə təxliyə edilməsi, onların ölkəmizdə müalicəsinin davam etdirilməsi məqsədilə zəruri şəraitin yaradılması, həlak olmuş şəxslərin nəşlərinin gətirilməsi, zərərçəkmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərilməsi barədə müvafiq tapşırıqlar verib.
Bizim.Media xəbər verir ki, bu, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 28-də prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası zamanı bildirilib.
Eyni zamanda məlumat verilib ki, hadisə baş verdikdən sonra Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış və hazırda İstintaq idarəsi tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir. Bundan əlavə aidiyyəti dövlət qurumları, habelə Qazaxıstan Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikasının prokurorluq orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və qısa müddət ərzində bu istiqamətdə konkret nəticələrin əldə edilməsi təmin olunacaqdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:26 / 28.12.2024
Təyyarə qəzası ilə bağlı cinayət işi başlanılıb
Hazırda oxunan: Təyyarə qəzası ilə bağlı cinayət işi başlanılıb
Hazırda oxunan: Təyyarə qəzası ilə bağlı cinayət işi başlanılıb
227473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.