Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot Aleksandr Kalyaninovun yaşadığı binanın qarşısına pilotun xatirə fotosu və çələnglər qoyulub.
Bizim.Media əməkdaşları pilotun yaşadığı ünvanda olub. Mərhum pilotun xatirəsini yad etmək üçün onun yaşadığı ünvana axın edilir.
Qonşuların sözlərinə görə, cənazənin nə zaman təhvil veriləcəyindən xəbərsizdirlər.
31 yaşlı pilot tək yaşayırmış.
Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
Nuray, Sadiq Məmmədov, Bizim.Media