Ötən gün səhər saatlarında "Xəzər" televiziyasının çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini Elqan Bəşirov müəyyən edilərək saxlanılıb".
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilib.
MÖVZU İLƏ BAĞLI:
Kürdəmirdə DƏHŞƏT- Ərə verilən azyaşlının ailəsi Lalə Azərtaşa balta ilə hücum ETDİ - VİDEO
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
Xatırladaq ki, Kürdəmirin Sığırlı kəndində 15 yaşlı qızı qaçırıblar.
Qaçırılan qız üçün 2025-ci il yanvarın 4-ü tarixində toy mərasiminin keçirilməsi pılanlaşdırırmış. Hadisənin aydınlaşdırılması məqsədilə verilişin aparıcısı Lalə Azərtaş çəkiliş heyətilə birgə qaçırılan qızın ailəsinə baş çəkib. Lakin yetkinlik yaşına çatmayan qızın ailəsi aparıcıya balta ilə hücum çəkib, əməkdaşlardan birinə fiziki şiddət göstəriblər, eyni zamanda telekanala məxsus kamera sındırılıb.
Kürdəmirdə DƏHŞƏT- Ərə verilən azyaşlının ailəsi Lalə Azərtaşa balta ilə hücum ETDİ - VİDEO
Bizim.Media