Məktəblərdə aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb

Hazırda oxunan: Məktəblərdə aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb

227427

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 

Qeyd edilib ki, 133 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.


Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində ümumilikdə 66 723 elektron müraciət qəbul edilib. 6283 namizəd müsabiqədə uğur qazanaraq işə qəbul olunub. Bu il keçirilən MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma faizi 90 faizin üzərində olub.

Cari ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24050, uğur qazanan isə 20 224 nəfər olub.

Ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb", - deyə vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin