Türkiyə Aktauda baş verən təyyarə qəzasının araşdırılmasında İŞTİRAK edir

Hazırda oxunan: Türkiyə Aktauda baş verən təyyarə qəzasının araşdırılmasında İŞTİRAK edir

227425

Qardaş ölkə dekabrın 25-də Aktauda baş verən aviaqəzanın araşdırılmasında yaxından iştirak edir. Hadisənin araşdırılmasına Türkiyə tərəfdən səkkiz nəfərdən ibarət qrup cəlb olunacaq. Həmin qrup hadisənin səbəblərini öyrənmək üçün texniki və əməliyyat təhlili aparacaq.

Bizim.Media “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib. O, bildirib ki, təyyarə qəzasının təhqiqatında türkiyəli ekspertlər iştirak edəcək.
 

Nazir həmçinin, təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.


Xatırladaq ki, təyyarə qəzası dekabrın 25-də baş verib. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin