Rusiyanın Tver vilayətində dörd uşağın ölüm səbəbi məlum olub
Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Mejurka yaşayış kompleksində baş verib.
Belə ki, Mejurkadakı evlərin birindən 3,5, 7 yaşlı üç oğlan və bir qız olmaqla 4 uşağın meyiti tapılıb. Uşaqları Rusiya vətəndaşı olan öz atalarının öldürdüyü bildirilir.
Məlumatda qeyd edilib ki, ümumilikdə ailədə altı uşaq olub. Qətldən sonra atanın intihara cəhd etdiyi, lakin sağ qaldığı, xəstəxanaya aparıldığı bildirilib.
Qətl hadisəsi barədə dnışan qonşular ailədə problem yaşanmadığını deyiblər.
Hazırda hadisə yerində müstəntiqlər işləyir. Faktla bağlı iki və daha çox şəxsi qətlə yetirmək maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Günay Şahmar, Bizim.Media