Aktauda baş verən təyyarə qəzasında həyatını itirən AZAL-a məxsus sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atasına həsr olunmuş emosional paylaşım edib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, kapitanın qızı sosial şəbəkə hesabında atasına olan hisslərini belə ifadə edib:
"Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, günahkarı tapdın, öz həyatını qurban verdin. Həmişə mənim yanımda çox güclü idin. Sənin kimi atam olduğu üçün hər zaman fəxr edəcəyəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxtliyimizi istəyirdin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmət eləsin!"
Qeyd edək ki, İqor Kşnyakin böyük təcrübəyə malik kapitan idi. O, 15 min saatdan çox uçuş həyata keçirmiş, bunlardan təxminən 11 200 saatını kapitan kimi idarəetmə məsuliyyəti daşıyaraq yerinə yetirmişdi.
Dəhşətli qəzada 29 nəfərin sağ qalması, təyyarəni idarə edən kapitanın peşəkarlığı və qəhrəmanlığı sayəsində mümkün olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:15 / 27.12.2024
Təyyarə qəzasında həlak olan pilotun qızı: "Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın" - FOTO
Hazırda oxunan: Təyyarə qəzasında həlak olan pilotun qızı: "Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın" - FOTO
Hazırda oxunan: Təyyarə qəzasında həlak olan pilotun qızı: "Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın" - FOTO
227372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.