Dekabrın 25-də Aktau yaxınlığında baş vermiş təyyarə qəzası nətcəsində həlak olmuş stüardessa Hökumə Əliyevanın evinin qarşısında xatirə guşəsi düzəldilib.
Bizim.Media xəbər verir ki, qəhrəman stüardessanın xatirəsinə ehtiram əlaməti olaraq, güşəyə tər güllər və əklillər düzülüb.
Qeyd edək ki, Hökumə ilə birgə qəza zamanı həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və II Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 27.12.2024
Qəhrəman stüardessa Hökumənin evinin qarşısında xatirə guşəsi yaradıldı - VİDEO
Hazırda oxunan: Qəhrəman stüardessa Hökumənin evinin qarşısında xatirə guşəsi yaradıldı - VİDEO
Hazırda oxunan: Qəhrəman stüardessa Hökumənin evinin qarşısında xatirə guşəsi yaradıldı - VİDEO
227363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.