Lənkəranda 41 yaşlı qadın dəm qazından boğularaq öldü

Hazırda oxunan: Lənkəranda 41 yaşlı qadın dəm qazından boğularaq öldü

227353

Lənkəran rayonunun Səpnəkəran kəndində baş verən hadisə zamanı bir qadın zəhərlənərək həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağında huşsuz vəziyyətdə tapılıb.

Dərhal təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadın hamam otağını isitmək üçün kömürdən istifadə edib və kömürdən ayrılan dəm qazı onun ölümünə səbəb olub.

Mərhumun meyiti aidiyyəti qurumlara təhvil verilib.

Hazırda rayon prokurorluğunda hadisə ilə bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin