AZAL-ın 21 illik əməkdaşı: "Çox istərdim ki, Hökuməyə "Milli Qəhrəman" adı verilsin" - FOTO

Hazırda oxunan: AZAL-ın 21 illik əməkdaşı: "Çox istərdim ki, Hökuməyə "Milli Qəhrəman" adı verilsin" - FOTO

227352

"Hökumə deyib-gülən biri idi. Məni hər görəndə kefimi soruşardı, "dayı, necəsiniz?" deyərdi.

Fərq qoymadan hər kəsə hörmət bəsləyirdi. Ölümə getdiyini bildiyi halda hamını sakitləşdirirdi.

O videoya baxanda, Hökumənin sözlərini eşidəndə xeyli ağladım, içim yandı, çox pis oldum. Çox istərdim ki, ona "Milli Qəhrəman" adı verilsin".

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Aktau şəhərində qəzaya uğrayan "Embraer" təyyarəsində həlak olmuş bələdçi Hökumə Əliyevanı tanıyan və AZAL-da 21 ildir dülgər işləyən Əli Mahmudov deyib.

O, sözlərinə belə davam edib:

"Son uçuşları idi, ona vəzifə vermişdilər. Qismət olmadı. Allah rəhmət eləsin".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin