Xəbər verdiyimiz kimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya 8 saat 40 dəq).
Təbii ki, uzun fasilədən sonra Bakı-Balakən qatarının fəaliyyətinin bərpası müsbət haldır. Çünki qatarla səyahət etmək daha rahatdır. Bu, həm də iqtisadi cəhətdən sərfəlidir. Nəzərə alaq ki, Bakı-Balakən-Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 manatdır. Lakin, standart+ üzrə qatarda qiymət 27, biznes sinif üzrə isə 72 manatdan başlayır.
Yəni istənilən şəxs cəmi 36 manat xərcləməklə Balakənə gedib qayıda bilər. Nəzərə alaq ki, standart sinif vaqonlarında sərnişinlərə pulsuz sevis göstərilir. Bu servisə səfər boyunca qazsız su, nəm və quru salfet, qulaq tıxacı, yataq dəsti və üstəgəl dəsmal daxildir. Və sərnişinlərə yüksək səviyyəli komfort vəd edilir.
Əslən Balakən rayonundan olan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz müsbət hadisə adlandırıb:
“İstənilən halda, xeyirli olsun. Hökumətin, ADY-nin ötən müddət ərzində ictimai çağırışları nəzərə alaraq bu marşrutun açılması istiqamətindəki səyləri təqdirə layiqdir. Qiymətlərə gəldikdə isə deyə bilərəm ki, “Vita”larla “evdən-evə” prinsipi ilə Balakənə 25 manata getmək olur. Bu mənada qatarla standart sinifi üzrə 18 manata getmək pis deyil”.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, nə qədər komfort, rahat şərait yaradılırsa, insanlar bir o qədər həvəslə səyahət edirlər:
“Turizminin əsas şərtlərindən biri də daşınmadır. Bu mənada dəmir yolunun işləməsi həm ölkə daxilində, həm də xaricdəki turistləri səyahətə daha çox həvəsləndirir. Çünki qatarla səyahət emək daha rahatdır. Gələcəkdə bu və digər bölgələrə sürtəli qatarların açılması daha yaxşı olardı. Bu ölkəmizin turizm infrastrukturunu xeyli zənginləşdirmiş olar. Əminəm ki, Bakı-Balakən qatarının yenidən fəaliyyətə başlaması pozitiv dəyişikliklərə səbəb olacaq”.
Nəzərə alaq ki, bu istiqamətdə qatarlar ancaq gecə saatlarında işləyəcək.
Müsahibimiz də bunu müsbət hal kimi dəyərləndirib:
“Bakı- Balakən qatarları əsasən gecələr işləyəcək. Sərnişinlər gecə yataraq, səhər rahatlıqla mənzil başına çatacaqlar. Bu da bütün hallarda müsbət hadisədir. Paytaxtdan uzaqda olan Balakən, Zaqatala kimi rayonlara turistlərin indiyə kimi az getməsinin bir səbəbi də nəqliyyat məsələsi idi. Bu mənada ucqar rayonlara sürətli və komfortlu qatarların işləməsi turizmin inkişafına böyük töhfə verəcək”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 28.12.2024
Bakı-Balakən-Bakı qatarının fəaliyyətə başlaması bölgə turizminə necə TƏSİR GÖSTƏRƏCƏK?
Hazırda oxunan: Bakı-Balakən-Bakı qatarının fəaliyyətə başlaması bölgə turizminə necə TƏSİR GÖSTƏRƏCƏK?
Hazırda oxunan: Bakı-Balakən-Bakı qatarının fəaliyyətə başlaması bölgə turizminə necə TƏSİR GÖSTƏRƏCƏK?
227309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.