Xəbər verdiyimiz kimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
Beləki, yanvarın 3-də saat 23:50-də ilk qatar Bakıdan yola düşəcək.
“Azərbaycan Dəmir Yolları" QSC-dən Bizim.Media-ya bildirilib ki, sərnişinlərin rahatlığı üçün bütün hallar nəzərə alınıb:
“Qatarlarda“W-Fi” xidməti aktiv ediləcək. Bu, sərnişinlərə mobil cihazları vasitəsilə yazışmalar və onlayn axtarış kimi imkanlar verəcək.
Bundan əlavə. bütün stansiyalarda, o cümlədən- Şəki, Qax Zaqatala, Balakəndə avtomobilləri saxlamaq üçün yerlər mövcuddur.
Yataq tipli qatarlardakı vaqonlar 3 sinfə bölünür: Standart, standart+ və biznes. Hər sinfə uyğun sərnişinlərə ödənişsiz xidmətlər göstəriləcək”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 27.12.2024
Balakənə gedən qatarlarda ödənişsiz “Wi-Fi” olacaq – RƏSMİ
Hazırda oxunan: Balakənə gedən qatarlarda ödənişsiz “Wi-Fi” olacaq – RƏSMİ
Hazırda oxunan: Balakənə gedən qatarlarda ödənişsiz “Wi-Fi” olacaq – RƏSMİ
227307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.